Donald Tramp Amerika Birləşmiş Ştatlarının Venesuela Prezidenti ilə ola bilsin danışıqlara başlayacağını bildirir
ABŞ Prezidenti Donald Tramp Amerika Birləşmiş Ştatlarının Venesuela Prezidenti Nikolas Maduro ilə ola bilsin danışıqlara başlayacağını bildirir.
ABŞ Prezidenti Maduro ilə hansı məsələlər haqda danışacağını dəqiqləşdirməyib. O, Amerika Birləşmiş Ştatlarının Maduroya təzyiq göstərməyə davam edəcəyini deyib.
Bununla yanaşı, rəsmi şəxslər anonimliyin qorunması şərti ilə “Reuters”ə bildiriblər ki, Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri ötən həftə Ağ Evdə Venesuelaya qarşı mümkün hərbi əməliyyatlar variantlarını müzakirə etdikləri üç görüş keçiriblər. Nəşrin məlumatına əsasən, həmçinin, yüksək vəzifəli rəsmilər ölkə daxilində quru zərbələri imkanını müzakirə ediblər.