Donald Tramp Amerika Birləşmiş Ştatlarının Ümumdünya Səhiyyə Təşkilatından çıxması haqda icra sərəncamını imzalayıb
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxması prosesini başladan icra sərəncamını imzalayıb.
“Oh, bu, böyük addımdır” – Tramp imzalayarkən qeyd edib.
Donald Tramp Amerika Birləşmiş Ştatlarının digər ölkələrlə müqayisədə Ümumdünya Səhiyyə Təşkilatına ədalətsiz məbləğ ödədiyini bildirib.
“Onlar bizim qayıtmağımızı çox istəyirdilər, belə ki, görək nə baş verəcək” – Tramp Ümumdünya Səhiyyə Təşkilatı haqda danışarkən bildirib.
Sərəncamın mətnində ABŞ-ın çıxmasına səbəblər kimi o cümlədən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “COVID-19 pandemiyasının və digər qlobal səhiyyə böhranlarının düzgün idarə edilməməsi” göstərilib.