Donald Tramp - Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı sanksiyalar və irimiqyaslı rüsumlar tətbiq edib-etməyəcəyi Moskvada planlaşdırılan danışıqlardan asılı olacaq
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun Moskvaya gedəcəyini bildirib.
Trampın qeyd etdiyi kimi, Ukraynadakı müharibəni bitirmək üçün ən çox Amerika çalışır, çünki o, “bir neçə günə” “başqa müharibələri” dayandırmağa müvəffəq olub.
“Sabah Rusiyada görüşlərimiz olacaq. Görək, nə baş verəcək. ABŞ bundan sonra Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı sanksiyalar və irimiqyaslı rüsumlar tətbiq edib-etməmək barədə qərar qəbul edəcək. Sonrakı addımlar Moskvada sabahkı günə planlaşdırılan danışıqlardan asılı olacaq” – Tramp bildirib.