Donald Tramp - Amerika Birləşmiş Ştatlarının nüvə sualtı qayıqları Rusiya ərazisi yaxınlığında yerləşdirilib
ABŞ Prezidentinin bəyanatına əsasən, Amerika Birləşmiş Ştatlarının nüvə sualtı qayıqları Rusiya ərazisi yaxınlığında yerləşdirilib.
Bu barədə Donald Tramp jurnalistlərlə söhbəti zamanı deyib.
“Mən artıq bəyanat vermişəm və cavab budur ki, onlar olmaları lazım olan bölgədə yerləşdiriliblər” – ABŞ Prezidenti bildirib.
Xatırladaq ki, Donald Tramp nüvə sualtı qayıqlarının hərəkəti ilə bağlı sərəncam verib. Onun sözlərinə əsasən, nüvə sualtı qayıqlarının hərəkəti ilə bağlı qərar Amerika xalqının təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.