Donald Tramp – Amerika Birləşmiş Ştatları tərəfindən dövlətlərə yardım dünya sülhünün sabitliyinin pozulmasına, bu ölkələrdə sabit münasibətlərə zidd olan ideyaları irəli çəkməyə kömək edir
Amerika Birləşmiş Ştatları tərəfindən digər dövlətlərə yardım göstərilməsi dünya sülhünün sabitliyinin pozulmasına, bu ölkələrin özündə, eləcə də bu ölkələrin digər dövlətlərlə əlaqəsində ahəngdar və sabit münasibətlərə birbaşa zidd olan ideyaları xarici ölkələrdə irəli çəkməyə kömək edir – bu haqda Donald Tramp tərəfindən imzalanmış və ABŞ Prezidentinin bütün xarici yardım proqramlarını 90 gün müddətinə dayandırdığı sənəddə deyilir.
Proqramların müvəqqəti dayandırılmasının məqsədi onların onun siyasi məqsədlərinə uyğun olub-olmadığını müəyyən etməkdir.
Bu haqda məlumatı “Associated Press” yayır.
Sənəddə qeyd olunub ki, “xarici yardım sənayesi və bürokratiya Amerikanın maraqlarına uyğun deyil və bir çox hallarda ölkənin dəyərlərinə ziddir”.
Buna görə də Donald Tramp bəyan edib ki, “ABŞ-dan bundan sonra ölkə prezidentinin xarici siyasəti ilə tam razılaşdırılmayacaq şəkildə heç bir xarici yardım göstərilməyəcək”.