Donald Tramp – Amerika Birləşmiş Ştatları Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək

21:42, 10.04.2025

 

Amerika Birləşmiş Ştatları Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək – bu barədə ABŞ Prezidenti Donald Trampın azərbaycanlı həmkarı İlham Əliyevə Novruz bayramı ilə əlaqədar ünvanladığı təbrik məktubunda qeyd olunub.

Donald Tramp məktubda qeyd edir ki, ölkələrin birgə işləmək sahəsində uzun tarixi var və o, ümid edir ki, yaxın illərdə böyük nailiyyətlərə doğru addımlar atılacaq.

“Azərbaycana tərəfdaşımız İsrailə dəstəyinə və onunla dostluğuna görə minnətdaram, sizin və Ermənistanın regionda sülhü bərqərar etmək üçün atdığınız addımları alqışlayıram. Sizinlə işləməyi səbirsizliklə gözləyirəm, çünki ölkələrimiz uğura can atırlar. Amerika Birləşmiş Ştatları Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək” – məktubda qeyd olunub.

Oxşar