Donald Tramp: Almaniya kansleri Rusiyanın Ukraynaya hücumu və dağıdılmış ölkəsinin bərpası məsələlərinə daha çox vaxt ayırmalıdır
Donald Tramp: Almaniya kansleri Rusiyanın Ukraynaya hücumu və dağıdılmış ölkəsinin bərpası məsələlərinə daha çox vaxt ayırmalıdır

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb ki, Almaniya kansleri Fridrix Mers dağıdılmış ölkəsinin bərpasına daha çox vaxt ayırmalıdır.

Tramp qeyd edib ki, Mers Ukraynadakı müharibənin başa çatması məsələsində təsirli olmayıb.

“Almaniya kansleri Rusiyanın Ukraynaya hücumunun başa çatmasına (burada tamamilə qeyri-effektiv oldu!), ölkəsinin bərpasına, xüsusilə miqrasiya və energetika məsələlərinə daha çox vaxt ayırmalıdır. Onun İranın nüvə təhlükəsini aradan qaldırmaq üçün çalışanlara müdaxiləyə az vaxt ayırması lazımdır ki, dünya, o cümlədən Almaniya, daha təhlükəsiz olsun!” – Tramp yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ prezidenti Fridrix Mers haqqında başqa bir açıqlama da vermişdi: “Mers hesab edir ki, İranın nüvə silahına malik olması normaldır. O, nə danışdığını bilmir. Almaniyanın vəziyyətinin bu qədər pis olmasına təəccüblənmək lazım deyil.”