Donald Tramp Alkatras həbsxanasının yenidən açılması barədə əmr verib

11:41, 05.05.2025

 

ABŞ Prezidenti Donald Tramp Alkatras həbsxanasının yenidən açılması barədə əmr verib. Tramp söz verib ki, onun administrasiyası ağır cinayəti təkrar törədən şəxslərin müvafiq cəza almadan qalması vəziyyətinə son qoyacaq.

“Biz küçələrimizdə murdarlıq, qan tökən və xaos yayan bu serial cinayətkarlara artıq dözməyəcəyik. Məhz bu səbəbdən bu gün mən Həbsxanalar Bürosuna Ədliyyə Departamenti, FTB və Daxili Təhlükəsizlik Departamenti ilə birlikdə Amerikanın ən amansız və təhlükəli cinayətkarlarının yerləşdirilməsi üçün tamamilə yenilənmiş və xeyli genişləndirilmiş Alkatrası açmağa göstəriş verirəm. Alkatrasın yenidən açılması qanunun, nizam-intizamın və ədalətin rəmzinə çevriləcək. Biz Amerikanı yenidən möhtəşəm edəcəyik” – Donald Tramp sosial şəbəkədə yazır.

Alkatras həbsxanası 1934-cü ildən 1963-cü ilə qədər fəaliyyət göstərirdi və ABŞ-nin ən sərt və qorunan cəzaçəkmə müəssisələrindən biri hesab olunurdu. Oraya ölkənin ən təhlükəli cinayətkarları, o cümlədən Al Kapone yerləşdirilmişdi. Yüksək saxlanma xərcləri və ekoloji problemlərə görə həbsxana bağlandı.

Oxşar