Donald Tramp – Axmaq insanlar Rusiyaya qarşı sanksiyalar tətbiq etməyimi istəyirdilər

11:31, 31.10.2026

 

ABŞ Prezidenti Donald Tramp “axmaq insanların” ABŞ-nin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini istədiyini bildirib.

“Axmaq insanlar Rusiyaya qarşı sanksiyalar tətbiq etməyimi istəyirdilər” – Tramp bəyan edib.

Tramp həmçinin qeyd edib ki, Rusiyada bu cür sanksiyalara gülürlər.

Məlumat üçün bildirək ki, 2026-cı ilin sentyabrın 17-də ABŞ Konqresi “Lindsi Qremin Rusiya və İrana qarşı sanksiyalar tətbiq edilməsi haqqında 2026-cı il Aktı”nı qəbul edib. Akt rus mallarına 500%-lik tarifi, rus nefti və qazının əsas alıcıları üçün 100%-dək ikinci dərəcəli tarifləri və Rusiya iqtisadiyyatının əsas sektorlarına qarşı məcburi sanksiyaları nəzərdə tuturdu. Oktyabrın 17-də isə Donald Tramp “Lindsi Qrem qanunu” ilə nəzərdə tutulan sanksiyaların Rusiyaya qarşı qüvvəyə minməsini dayandırıb.

Oxşar