Donald Tramp administrasiyası ABŞ–Meksika–Kanada ticarət sazişinin uzadılmasından imtina edib, lakin saziş avtomatik ləğv olunmur və müddəti başa çatana qədər qüvvədə qalacaq
ABŞ Prezidenti Donald Tramp administrasiyası ABŞ–Meksika–Kanada Ticarət Sazişinin (USMCA) uzadılmasına razı olmayıb
ABŞ Prezidenti Donald Tramp administrasiyası ABŞ–Meksika–Kanada Ticarət Sazişinin (USMCA) müddətinin uzadılmasına dair qərarı rədd edib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bununla belə, saziş avtomatik ləğv olunmur və onun qüvvədəolma müddəti başa çatana qədər, əlavə olaraq on il ərzində qüvvədə qalacaq. Həmin dövr ərzində sənədin hər il yenidən nəzərdən keçirilməsi nəzərdə tutulur.
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir bildirib ki, “ABŞ USMCA-nın hazırkı formada yenilənməsi ilə razılaşmayıb. Nəticədə USMCA uzadılmayacaq. ABŞ Meksika və Kanada ilə əməkdaşlığı davam etdirəcək ki, sazişin çatışmazlıqları və bu ölkələrlə ticarət defisiti aradan qaldırılsın.”
Onun sözlərinə görə, Vaşinqtonun bu addımı gözlənilən idi, çünki ABŞ-ın Meksika və Kanada ilə ticarət defisiti davamlı olaraq artır.
Qeyd edək ki, USMCA 2020-ci ildə qüvvəyə minib və Şimali Amerika Azad Ticarət Sazişini (NAFTA) əvəz edib. Saziş üç ölkə arasında ticarətin asanlaşdırılmasını, tariflərin azaldılmasını, əmək və ətraf mühit standartlarının gücləndirilməsini, intellektual mülkiyyətin qorunmasını, rəqəmsal ticarətin tənzimlənməsini və avtomobil sənayesində yeni qaydaların tətbiqini nəzərdə tutur.