Donald Tramp: ABŞ üçün NATO üzvü olan ölkələrlə birtərəfli münasibətləri davam etdirmək absurddur

10:58, 03.07.2026

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar üçün NATO-ya üzv ölkələrlə birtərəfli münasibətləri davam etdirmək absurddur.

ABŞ Prezidenti bununla bağlı açıqlamasını sosial şəbəkə hesabında yayımlayıb. Paylaşımına NATO üzvü olan ölkələrin alyansa maliyyə töhfəsini əks etdirən diaqram da əlavə edilib. Diaqramda ABŞ-ın müdafiə xərclərinin digər üzv dövlətlərlə müqayisədə xeyli yüksək olduğu göstərilir.

“ABŞ üçün bu birtərəfli yanaşmanı davam etdirmək absurddur, çünki münasibətlər qarşılıqlı deyil. Onlar bizim yanımızda olmayıblar”, – deyə Donald Tramp paylaşımında bildirib.

Oxşar