Donald Tramp – ABŞ Suriyanı terrorizmin sponsoru olan dövlətlər siyahısından çıxara bilər

21:57, 08.07.2026

 

ABŞ Suriyanı terrorizmin sponsoru olan dövlətlər siyahısından çıxara bilər – bu haqda ABŞ Prezidenti Donald Tramp Suriya Prezidenti Ahmed al-Şaraa ilə görüşündə deyib.

“Düşünürəm ki, belə də edəcəyəm. Bunu niyə də etməyim? Suriya Prezidenti möhtəşəm iş görüb” – Donald Tramp bildirib.

Tramp Ahmed al-Şaraa haqqında müsbət fikirlər səsləndirərək, onu parçalanmış və xaos içində olan ölkəni birləşdirən güclü və hörmətli lider adlandırıb. Ahmed al-Şaraa isə öz növbəsində “sanksiyaların ləğv edilməsi ilə bağlı tarixi qərarına görə” Trampa təşəkkürünü bildirib.

Məlumat üçün bildirək ki, Suriya 1979-cu ildən bəri terrorizmin sponsoru olan dövlətlər siyahısındadır.

Oxşar