Donald Tramp - ABŞ Qəzzada aclıq böhranının öhdəsindən gəlmək üçün insanların maneəsiz daxil ola biləcəyi qida mərkəzləri təşkil edəcək
Donald Tramp - ABŞ Qəzzada aclıq böhranının öhdəsindən gəlmək üçün insanların maneəsiz daxil ola biləcəyi qida mərkəzləri təşkil edəcək

 

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Qəzzada aclıq böhranının öhdəsindən gəlmək üçün insanların maneəsiz daxil ola biləcəyi qida mərkəzləri təşkil edəcək.

O, mərkəzlərdə qoruyucu maneələrin olmayacağını deyib.

“Qida mərkəzləri təşkil etmək niyyətindəyik və bunu çox yaxşı insanlarla birlikdə edəcəyik. Biz maliyyəni təmin edəcəyik və qidalara xərcləyəcəyik, başqa ölkələr də bizə qoşulacaqlar” – prezident bildirib.

Tramp Qəzza əhalisinə yardımın paylanmasında mövcud ləngimələrə görə məsuliyyəti “HƏMAS”a yükləyib və radikal hərəkatı yenidən girovları azad etməyə çağırıb.