Donald Tramp ABŞ prezidentlərinin reytinqini dərc edib və özünü “ən böyük” prezident adlandırıb

11:55, 28.08.2026

Donald Tramp ABŞ prezidentlərinin reytinqini yayımlayaraq özünü ABŞ tarixinin “ən böyük” prezidenti adlandırıb.
Tramp sosial şəbəkədə paylaşdığı fotoda ABŞ prezidentlərini altı kateqoriyaya bölüb: “ən böyüklər”, “böyüklər”, “demək olar ki, böyüklər”, “ortabablar”, “ortalamadan aşağı olanlar” və “uğursuzlar”.

Fotoya əsasən, “ən böyük” kateqoriyasında yalnız Donald Tramp yer alıb.

“Böyük” prezidentlər sırasında Abraham Linkoln, Corc Vaşinqton, Franklin Ruzvelt, Vudro Vilson, Tomas Cefferson və Endryu Cekson göstərilib.

Tramp Teodor Ruzvelti, Qrover Klivlendi, Con Adamsı və Ceyms Polku “demək olar ki, böyük” prezidentlər hesab edib.

“Orta” kateqoriyasına Bill Klinton, Con Kuinsi Adams, Ceyms Monro, Ruterford B. Heyz, Ceyms Medison, Martin Van Buren, Uilyam Hovard Taft, Çester A. Artur, Uilyam MakKinli, Endryu Conson, Herbert Huver və Benjamin Harrison daxil edilib.

“Orta səviyyədən aşağı” kateqoriyasında Con Tayler, Kalvin Kulic, Millard Fillmor, Zakari Teylor, Ceyms Byukenen və Franklin Pirs yer alıb.

Trampın yayımladığı reytinqə görə, “uğursuzlar” kateqoriyasına isə Co Bayden, Barak Obama, Uliss S. Qrant, Uorren Q. Hardinq və Cimmi Karter daxil edilib.

Oxşar