Donald Tramp ABŞ prezident seçkilərində qalibin seçki günü məlum olmayacağını istisna etmir
Donald Tramp ABŞ prezident seçkilərində qalibin seçki günü məlum olmayacağını istisna etmir.
Bu bəyanatı ABŞ prezidentliyinə respublikaçı namizəd Floridada səs verdikdən sonra jurnalistlərin suallarına cavab olaraq verib.
Tramp seçki qərargahının üzvləri ilə görüşdə də bu məsələ ilə bağlı bir daha danışıb.
“Ümid edirəm ki, onlar bu bahalı kompüterləri işə salacaqlar. Kompüterlərdən istifadə etməyin səbəbi odur ki, tez bir zamanda baş verməsi üçün vaxt qazanmaq istəyirsən. Kompüterlərdən ona görə istifadə etmirsən ki, nəticəni üç gündən sonra əldə edəsən. Bunu deyəndə bir az təhlükəlidir. Nə edirlər ? Kompüterdən ona görə istifadə edirsən ki, o tez sayır, lakin indi belə çıxır ki, kağız bülletenlərlə bu daha sürətlə baş verir. Nəsə baş verir, nəsə qaydasında deyil və bu bizim xoşumuza gəlmir. Ölkəmizdə çox şey dəyişdiriləsidir” – Tramp bildirib.