Donald Tramp ABŞ Nümayəndələr Palatasının İranla bağlı onun hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnaməsini “mənasız” adlandırır

19:39, 04.06.2026

 

Donald Tramp ABŞ Nümayəndələr Palatasının İranla bağlı onun hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnaməsini “mənasız” adlandırır. O, ona qarşı səs verən respublikaçıların öz hərəkətlərindən utanmalı olduqlarını bildirib.

“Dünən, mənasız səsvermə ilə Nümayəndələr Palatası, dörd pis respublikaçı və bütün demokratlar, tam da İran İslam Respublikası ilə müharibəni bitirmək üçün apardığım son danışıqların ortasında, mənim hərbi səlahiyyətlərimin məhdudlaşdırılmasını dəstəklədilər. Belə qeyri-vətənpərvər addımı kim ata bilərdi? Onlar danışıqların nə yerdə olduğunu bilirlər. Demokratlar ölkəmizin məğlub olmasını, mənə çoxsaylı qələbələrdən daha birini qazandırmaqdan üstün tuturlar. Dörd respublikaçıya gəlincə, bu tamamilə başqa məsələdir – onlar populistdirlər! Onlar özlərindən utanmalıdırlar” – ABŞ Prezidenti yazır.

Məlumat üçün bildirək ki, iyunun 3-də ABŞ Nümayəndələr Palatası Donald Trampın İrana qarşı hərbi səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edib. Qətnamə 208 əleyhinə səsə qarşı 215 səslə qəbul olunub. Qətnaməni dörd respublikaçı konqresmen – Tomas Massi, Brayan Fitspatrik, Tom Barrett və Uorren Devidson da dəstəkləyib. Qətnamənin qüvvəyə minməsi üçün Senatın təsdiqi lazımdır. Sənədin imzalanmaq üçün prezidentə təqdim edilməyəcəyi vacib nüansdır. Senatda bu məsələ ilə bağlı səsvermə mart və aprel aylarında bir neçə dəfə təxirə salınmışdı.

Oxşar