Donald Tramp ABŞ-nin zərbələrindən əvvəl İranın nüvə obyektlərindən heç nə aparılmadığını bildirir
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin zərbələrindən əvvəl İranın nüvə obyektlərindən heç nə aparılmadığını bildirir.
“Ərazidə olan yüngül və kiçik yük avtomobilləri mədənlərin üst hissəsini örtməyə çalışan beton işçilərinə məxsus idi. Obyektdən heç nə aparmayıblar. Bu, çox uzun zaman aparardı, çox təhlükəli, çox ağır və hərəkət çətin olardı!” – ABŞ Prezidenti sosial şəbəkədə yazır.
Donald Trampın bəyanatı ABŞ-nin müdafiə katibi Pit Heqset tərəfindən Pentaqonda keçirilən və oxşar fikir söylədiyi mətbuat konfransı başa çatdıqdan bir neçə dəqiqə sonra verilib.
“Elə bir kəşfiyyat məlumatı tanımıram ki, mən ona baxmış olum və o təsdiqləsin ki, əşyalar olması gərəkən yerdə deyildi – yerindən tərpədilmişdi və ya başqa cür” – Pit Heqset bildirib.