Donald Tramp - ABŞ-nin ömürlük müharibə üçün kifayət qədər silah ehtiyatı var və böyük qələbəyə hazırdır
ABŞ-nin ömürlük müharibə üçün kifayət qədər silah ehtiyatı var – bu haqda ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazır.
“Bu silahın praktik olaraq, məhdudiyyətsiz ehtiyatımız var. Amerika Birləşmiş Ştatları təchiz olunub və böyük qələbəyə hazırdır” – Tramp sosial şəbəkədə yazır.
Həmçinin, Tramp Co Baydeni Ukraynaya çoxlu sayda yüksək səviyyəli silahı pulsuz verməkdə günahlandırıb.
“Yuxulu Co Bayden bütün vaxtını və ölkəmizin pulunu Ukrayna sakini Barnuma (Zelenskiyə!) verib və olduqca bahalı əşyaları pulsuz verməsinə baxmayaraq, onu dəyişdirmə zəhmətinə girməyib. Xoşbəxtlikdən, ilk müddətimdə hərbi qüvvələri bərpa etdim və bunu davam etdirirəm” – Tramp yazır.
Məlumat üçün bildirək ki, Fineas Teylor Barnum XIX əsrdə Amerikada məşhur şoumen olub.