Donald Tramp ABŞ-nin Folklend adaları ilə bağlı mövqeyini nəzərdən keçirəcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Folklend adaları ilə bağlı mövqeyini nəzərdən keçirəcəyini bildirib.
Bu, Cənubi Atlantik okeanda yerləşən və Böyük Britaniyanın idarəçiliyində olan arxipelaqdır.
“Mən həmişə bütün mövqeləri nəzərdən keçirirəm. Bu da çoxlarından biridir” – Tramp Oval kabinetdə jurnalistlərin adaların suverenliyi ilə bağlı sualını cavablandırarkən bildirib.
Trampın müttəfiqi Xavyer Mileyin rəhbərlik etdiyi Argentina adalar üzərində suverenlik iddiası irəli sürür.