Donald Tramp ABŞ-ın İrana qarşı yenilənmiş hərbi kampaniyasının uzun sürməyəcəyini bildirir

10:11, 03.09.2026

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib ki, ABŞ-ın İrana qarşı yenilənmiş hərbi kampaniyası uzun sürməyəcək. Bu barədə “Reuters” məlumat yayıb.
Medianın məlumatına görə, Tramp Oval kabinetdə jurnalistlərə bildirib ki, İran minalar atan raket hazırlamağa çalışıb, lakin ABŞ onu məhv edib. Onun sözlərinə görə, İran həmçinin radar və raket sistemlərini bərpa etməyə çalışıb və onlar da ABŞ-ın zərbələrinin hədəfinə çevrilib.
“Onların Hörmüz boğazı boyunca yaratmağa çalışdıqları bütün yeni avadanlıqları məhv etdik. Onların bir qismi müdafiə, digər qismi isə hücum məqsədi daşıyırdı. Ötən gecə çox genişmiqyaslı zərbə endirildi və istədiyimiz zaman daha bir zərbə endirməyə hazırıq”, – Tramp bildirib.

Oxşar