Donald Tramp – ABŞ Hörmüz boğazına tam nəzarət edir, İran heç nə edə bilmir, onların hərbi dəniz və hava qüvvələri yoxdur, “Keşikçilər Korpusu” məhv edilib, pulları yoxdur, ölkələri dağılıb

21:04, 12.08.2026

 

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Hörmüz boğazına tam nəzarət etdiyini və onu dəniz blokadasına aldığını bəyan edib. Onun sözlərinə əsasən, İran indi yalnız danışır və real addım ata bilmir, onların hərbi dəniz və hava qüvvələri məhv edilib, rəhbərliyi isə qaçıb.

Ağ Ev liderinin sözlərinə əsasən, İranda hazırda 300 faizlik inflyasiya var və edə biləcəkləri yeganə şey yalan xəbərlər yaymaqdır.

“ABŞ Hörmüz boğazına tam nəzarət edir. Düşünürəm ki, biz bunu saxlayacağıq! Bizim dəniz blokadamızı hərkəs “polad divar” adlandırır və İranın buna qarşı edə biləcəyi heç nə yoxdur. Onların hərbi dəniz qüvvələri yoxdur, hərbi hava qüvvələri yoxdur, qalan əsgərləri maaş almırlar, “Keşikçilər Korpusu” məhv edilib və qaçıb, onların “rəhbərliyi” isə ən yaxşı halda qeyri-müəyyəndir! Onların pulu yoxdur, ölkələri “dağılıb”. Onlarda yalnız yalan xəbərlər və 300 faizlik inflyasiya var və bu daha da pisləşir! İran yalnız danışır və hərəkət etmir, o artıq Yaxın Şərqin zorakısı deyil. Allaha şükür!” – Tramp yazır.

Oxşar