Donald Tramp ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsini istisna edir, lakin bildirir ki, sülh razılaşması çərçivəsində ABŞ Ukraynaya hava dəstəyi göstərə bilər
Donald Tramp ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsini istisna edir, lakin bildirir ki, sülh razılaşması çərçivəsində ABŞ Ukraynaya hava dəstəyi göstərə bilər

 

ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsini istisna edir, lakin bildirir ki, Birləşmiş Ştatlar sülh razılaşması çərçivəsində Ukraynaya hava dəstəyi göstərə bilər.

“Söhbət təhlükəsizlik məsələsi ilə bağlı olduqda, avropalılar oraya insanları göndərməyə hazırdırlar. Biz onlara müxtəlif işlərdə kömək etməyə hazırıq, xüsusən, yəqin ki, hava dəstəyi ilə” – Tramp qeyd edib.

Bununla yanaşı, Ağ Evin mətbuat katibi Kerolayn Levit ABŞ tərəfindən hava dəstəyinin “variant və imkan” olduğunu təsdiqlədi, lakin təfərrüatlar haqda danışmadı.