Donald Tramp – ABŞ dağılır, təhlükəsizlik, milli təhlükəsizlik və demokratiya baxımından şiddətli aşınma baş verir, yalnız güclü liderlik bunu dayandıra bilər
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Nyu Orleanda baş vermiş hücuma görə ölkə hakimiyyətini və hüquq-mühafizə orqanlarını tənqid edib.
Donald Trampın dediyi kimi, bu qurumlar səmərəsizdir və faktiki olaraq, rəhbərlik yoxdur.
Seçilmiş prezident Orleanda baş vermiş hücuma birbaşa eyham vurmayıb, lakin o, bir neçə saat əvvəl “Truth Social”da FTB və Ədliyyə Departamenti kimi səlahiyyətli orqanların öz işlərini görmədiyini bildirib.
“Mərkəzi Kəşfiyyat Agentliyi gec olmadan indi prosesə cəlb edilməlidir. ABŞ dağılır – ölkəmizdə təhlükəsizlik, milli təhlükəsizlik və demokratiya baxımından şiddətli aşınma baş verir” – Tramp yazır.
Tramp qeyd edib ki, prosesləri yalnız güclü idarəçilik dayandıra bilər.
“Yalnız güc və güclü liderlik bunu dayandıra bilər. Yanvarın 20-də görüşəcəyik. Amerikanı yenidən möhtəşəm edək” – Tramp sosial şəbəkədə yazır.