Donald Tramp – ABŞ-da səsvermə prosesi korrupsiyaya uğrayıb
Braziliyada prezident seçkilərinin birinci turunda 125 milyon insan səs verib. Nəticələr isə səsvermə başa çatdıqdan qısa müddət sonra, elə həmin gün açıqlanıb. Bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazır.
Onun sözlərinə görə, ABŞ-ın bir sıra şəhər və ştatlarında, burada qeydə alınan səslərin sayı xeyli az olsa da, nəticələrin hesablanması daha çox vaxt aparır.
“Detroyt, Filadelfiya, Kaliforniya və ABŞ-ın bir çox digər şəhər və ştatlarında, burada səslərin sayı bundan xeyli azdır, nəticələrin əldə edilməsi üçün çox vaxt həftələr lazım olur – saxtalaşdırmaq üçün, yəni hesablamaq üçün. ABŞ-da səsvermə prosesi korrupsiyaya uğrayıb”, – Donald Tramp yazır.
Məlumat üçün bildirək ki, Braziliyada prezident seçkilərinin birinci turunda Flavio Bolsonaru hazırkı prezident Luis İnasio Lula da Silvanı qabaqlayıb, lakin namizədlərin heç biri qalib gəlmək üçün tələb olunan 50 faizdən çox səs toplaya bilməyib. Seçkilərin ikinci turu oktyabrın 25-də keçiriləcək.
İlkin nəticələrə görə, səslərin demək olar ki, tam hesablanmasından sonra Bolsonaru təxminən 47 faiz, Lula isə 45 faiz səs toplayıb. Luis İnasio Lula da Silva seçkinin nəticəsini gözlənilməz adlandırıb, lakin mübarizənin başa çatmadığını bildirib.