Donald Tramp - ABŞ-da seçkilər saxtalaşdırılmışdı, tezliklə insanlar etdiklərinə görə məsuliyyətə cəlb olunacaqlar
Donald Tramp - ABŞ-da seçkilər saxtalaşdırılmışdı, tezliklə insanlar etdiklərinə görə məsuliyyətə cəlb olunacaqlar

 

ABŞ-da prezident seçkilərinin saxtalaşdırılmasına görə tezliklə insanları mühakimə edəcəklər — bu haqda ABŞ Prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumunda deyib.

Tramp kimin cinayət təqibinə cəlb olunacağını dəqiqləşdirməyib.

“Bu, saxtalaşdırılmış seçkilər idi. İndi hamı bunu bilir. Onlar bunu eşitdilər. Tezliklə insanlar etdiklərinə görə məsuliyyətə cəlb olunacaqlar. Bu, yəqin ki, yeni əhvalatdır, lakin belə də olmalıdır. Bu, saxtalaşdırılmış seçkilərdir” – Donald Tramp qeyd edib.