Donald Tramp ABŞ-da hazırlanmayan avtomobillərə yeni, 25%-lik rüsumlar tətbiq edir
ABŞ Prezidenti Donald Tramp ABŞ-da hazırlanmayan avtomobillərə yeni, 25%-lik rüsumlar tətbiq edir. Donald Tramp bu barədə Oval kabinetdə jurnalistlərlə danışarkən deyib və sərəncamı imzalayıb.
Tramp yeni rüsumların aprelin 2-dən qüvvəyə minəcəyini bildirib.
ABŞ Prezidenti dəqiqləşdirib ki, rüsumlar hissələri Amerikada hazırlanan, lakin başqa ölkədə yığılan avtomobillərə də şamil olunacaq.