Donald Tramp – ABŞ Çinlə yaxşı razılaşmaya nail olacaq
ABŞ Çinlə yaxşı razılaşmaya nail olacaq – bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.
Tramp qeyd edib ki, Çin və Avropa İttifaqı tərəfindən ABŞ-nin “soyulduğu” günlər artıq bitdi.
“Bu ölkə ticarətdə artıq pul itirməyəcək. Biz ildə 2 trilyon dollar itiririk. İndi biz pul, çoxlu pul qazanmaq niyyətindəyik. Beləliklə, bu çox yaxşıdır. Uzun illər boyunca bizi soyurdular. Məsələn, Çin, lakin bu, təkcə Çin deyil, həm də Avropa İttifaqıdır. Onlar uzun illər boyunca bizi soyurdular və bu günlər artıq bitdi. Xalqımız üçün çoxlu pul qazanacağıq. Vergiləri əhəmiyyətli dərəcədə azalda biləcəyik və özümüzlə fəxr edəcəyik. Biz praktiki olaraq, dünyanın bütün ölkələrinin faydalandığı gülüş obyekti artıq olmayacağıq. Bu ədalətli olacaq. Qürur duya biləcəyiniz bir ölkəmiz olacaq” – Tramp bildirib.