Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyinin seçkilərə təsir göstərməyə cəhd etdiyini iddia edir
ABŞ prezidenti Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) seçkilərə təsir göstərməyə cəhd etdiyini irəli sürüb.
Jurnalistin ABŞ və Hindistan seçkilərində USAID-in hər hansı rolu olub-olmaması ilə bağlı sualına Tramp cavab verib ki, USAID-in rolu ola bilərdi.
“USAID-in rolu ola bilər. 2020-ci ildə çox pis şeylər oldu. Düşünürəm ki, 2024-cü ildə də çox pis şeylər baş verdi, lakin nəticələr o qədər böyük idi ki, saxtalaşdırmaq mümkün deyildi. Bununla belə, düşünürəm ki, yəqin ki, cəhd ediblər”. – Tramp deyib.