Donald Tramp – ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) çılğın radikallar idarə edirdilər

12:16, 03.02.2025

 
ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) çılğın radikallar idarə edirdilər – bu haqda ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp jurnalistlərlə danışarkən qeyd edib ki, USAID-in gələcəyi ilə bağlı yekun qərar qəbul olunana qədər onun administrasiyası “çılğınları” agentlikdən çıxaracaq.

“ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) çılğın radikallar idarə edirdilər və biz onları azad edirik. Sonra isə qərar verəcəyik” – Tramp bildirib.

Bununla yanaşı, amerikalı milyarder və ABŞ-ın Hökümət Effektivliyi Departamentinin rəhbəri İlon Mask, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) şər olduğunu bildirib. Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyini cinayətkar təşkilat adlandırıb.

Xatırladaq ki, dünən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) veb səhifəsi söndürülüb. “Reuters” məlumat yayıb ki, agentliyin veb səhifəsi Tramp administrasiyasında agentliyi Dövlət Departamentinin tabeliyinə keçirməyi planlaşdırdıqlarını elan etdikdən sonra söndürülüb.

Oxşar