Donald Tramp - ABŞ Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhü dəstəkləməyə davam edir, regional münasibətlərdə tərəfdaşlığımızı dərinləşdiririk, əməkdaşlığın davamını gözləyirik
Donald Tramp - ABŞ Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhü dəstəkləməyə davam edir, regional münasibətlərdə tərəfdaşlığımızı dərinləşdiririk, əməkdaşlığın davamını gözləyirik

 

ABŞ Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhü dəstəkləməyə davam edir – bu barədə ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə göndərilən Müstəqillik Günü təbrik məktubunda deyilir.

Tramp Azərbaycanın ötən ilin avqustunda paraflanmış sülh sazişini irəli aparmaq səylərini, eləcə də sərhədlərin delimitasiyası üzrə cari prosesi, Ermənistana yanacaq tədarükünü və hər iki ölkənin vətəndaş cəmiyyətlərini birləşdirən “Sülh körpüsü” təşəbbüsünü təqdir edir.

“Biz regional münasibətlərdə, iqtisadi əlaqələrdə və təhlükəsizlik sahəsində əməkdaşlıqda tərəfdaşlığımızı dərinləşdiririk, bu və digər sahələrdə əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyirik” – Donald Trampın məktubunda qeyd olunub.