Donald Tramp 175 milyard dollar dəyərində “Qızıl Qübbə” layihəsini təsdiqlədiyini bildirir

11:39, 21.05.2025

 

ABŞ Prezidenti Donald Tramp 175 milyard dollar dəyərində “Qızıl Qübbə” layihəsini təsdiqlədiyini bildirib. Bu barədə Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı deyib.

“Qızıl Qübbə” vətənimizi qoruyacaq” – Amerika Prezidenti deyib və Kanadanın bu proqrama qoşulmaq arzusunu ifadə etdiyini qeyd edib.

Donald Tramp bildirib ki, dəyəri təxminən 175 milyard dollar olacaq müdafiə qalxanı onun səlahiyyət müddəti başa çatana – 2029-cu ilin yanvarına qədər hazır olmalıdır.

“Ronald Reyqan bunu illər əvvəl istəyirdi, lakin o zaman müvafiq texnologiyalar yox idi” – Tramp qeyd edib.

Tramp administrasiyası hərbi rəhbərliyə əmr verib ki, “Qızıl Qübbə”nin gələcək maliyyələşdirilməsi 2026–2030-cu illərin yeni büdcə xərcləri planında əks olunsun.

Oxşar