Donald Tramp - Əgər İran əldə olunmuş razılaşmalarla razılaşsa, “Epik Qəzəb” sona çatacaq, əgər razılaşmasalar, daha geniş miqyaslı və intensiv bombardman başlayacaq
Əgər İran əldə olunmuş razılaşmalarla razılaşsa, “Epik Qəzəb” sona çatacaq – bu haqda ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.
Onun sözlərinə əsasən, əgər razılaşmasalar, daha geniş miqyaslı və intensiv bombardman başlayacaq.
“Əgər İran əldə olunmuş razılaşmalarla razılaşsa, çox güman ki, artıq əfsanəvi “Epik Qəzəb” sona çatacaq və yüksək effektivli blokada Hörmüz boğazının İran da daxil olmaqla hər kəs üçün açıq olmasını mümkün edəcək. Əgər razılaşmasalar, bombardman başlayacaq və təəssüf ki, əvvəlkindən daha geniş miqyaslı və intensiv olacaq” – Donald Tramp yazıb.