Donald Tramp - Əgər ABŞ Putinin qərarından xoşbəxt olmasa, o zaman nələrinsə baş verəcəyini görəcəksiniz
Donald Tramp - Əgər ABŞ Putinin qərarından xoşbəxt olmasa, o zaman nələrinsə baş verəcəyini görəcəksiniz

 

Əgər ABŞ Putinin qərarından xoşbəxt olmasa, o zaman nələrinsə baş verəcəyini görəcəksiniz – bu barədə bəyanatı ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Polşanın lideri Karol Navrotski ilə görüşü zamanı verib. Jurnalistlər ondan Rusiya Prezidenti Vladimer Putinə hansı ismarıcının olduğunu soruşublar.

“Prezident Putinə ismarıcım yoxdur. O, mənim mövqeyimi bilir və qərar qəbul edəcək. Hansı qərarı qəbul etməsindən asılı olmayaraq, mən, biz ya xoşbəxt olacağıq, ya da xoşbəxt olmayacağıq. Əgər xoşbəxt olmasaq, o zaman nələrinsə baş verəcəyini görəcəksiniz” – Tramp bildirib.

Polşalı jurnalist həmçinin Trampdan soruşub ki, ABŞ Prezidenti həmişə Rusiya Prezidenti Vladimer Putindən narazı olduğunu deyir, lakin bu, konkret addımlarla müşaiyət olunmayıb, Tramp ona belə cavab verib:

“Deyirsiniz ki, Hindistana qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi fəaliyyətsizlikdir? Bu, Rusiyaya yüz milyonlarla dollara başa gəlir. Bunu fəaliyyətsizlik adlandırırsınız? Mən hələ ikinci və üçüncü mərhələləri etməmişəm, lakin siz deyəndə ki, bu, fəaliyyətsizlikdir, onda yeni iş tapsanız yaxşı olar. Yadınızdadırsa, mən iki həftə əvvəl demişdim, əgər Hindistan rus neftini alsa, onun böyük problemləri olacaq və belə də oldu” – Putin bildirib.

Ağ Evdə mətbuat konfransında Tramp bir daha Rusiya tərəfindən Ukraynaya qarşı müharibənin başladılmasında onun sələfi prezident Co Baydenin günahkar olduğunu bildirib.

Tramp deyib ki, o, Ukraynada müharibəyə son qoymağın asan olacağını zənn edirdi, lakin belə olmadığı ortaya çıxdı.

“Müharibə zamanı nə olacağını heç vaxt bilmirsiniz. Müharibə mürəkkəb və təhlükəli və qanlı xaosdur, lakin bu və ya digər şəkildə sona çatacaq. Onlar insanları öldürməyi dayandırmalıdırlar” – Tramp bildirib.