Dominikan Respublikasında gecə klubunun tavanının uçması nəticəsində həyatını itirənlərin sayı 184-ə yüksəlib
Dominikan Respublikasında gecə klubunun tavanının uçması nəticəsində həyatını itirənlərin sayı 184-ə yüksəlib. Bu haqda məlumatı “CNN” yayır.
Medianın yazdığı kimi, hadisə zamanı Santo Dominqonun məşhur “Jet Set” gecə klubunda 300-dən çox insan olub.
Mövcud məlumata əsasən, müəssisənin tavanı yerli vaxtla təxminən gecə saat 01:00-da merenq musiqisinin ifaçısı Rubbi Perez və onun qrupu səhnədə çıxış edərkən uçub.
Dünyasını dəyişənlər arasında müğənninin özü, həmçinin Beysbol Əsas Liqasının iki keçmiş oyunçusu var.
Hazırda tavanın hansı səbəbdən uçması bilinmir.