Dominikan Respublikasında gecə klubunun tavanının uçması nəticəsində qurbanların sayı 218-ə yüksəlib, xilasedicilər 189 nəfəri xilas edə biliblər
Dominikan Respublikasında gecə klubunun tavanının uçması nəticəsində qurbanların sayı 218-ə yüksəlib. Bu barədə ölkənin fövqəladə əməliyyatlar mərkəzinin rəhbəri Xuan Manuel Mendes açıqlayıb.
Bununla yanaşı, Mendes xilasedicilərin 189 nəfəri xilas edə bildiyini deyib. Hadisə yerində xilasetmə əməliyyatı başa çatıb.
Axtarış-xilasetmə işlərində təlim keçmiş itlərlə birlikdə 300-dən çox xilasedici iştirak edirdi. Onlar iki gün ərzində dağıntıları təmizləyirdilər. Onlara Puerto-Riko və İsraildən olan yanğınsöndürən-xilasedicilər kömək edirdilər.
Santo Dominqonun məşhur “Jet Set” gecə klubunda tavan yerli vaxtla təxminən gecə saat 01:00-da merenq musiqisinin ifaçısı Rubbi Perez və onun qrupu səhnədə çıxış edərkən uçub.
Dünyasını dəyişənlər arasında müğənninin özü, həmçinin Beysbol Əsas Liqasının iki keçmiş oyunçusu var.
Hazırda tavanın hansı səbəbdən uçması bilinmir. Hökumətdən xilasetmə əməliyyatı başa çatdıqdan sonra istintaqın başlayacağını bəyan ediblər.