Güclü dolu Siğnaği munisipalitetinin iki kəndinə ziyan vurdu. 20 dəqiqə ərzində davam edən təbii fəlakət Zveli Anaqa və Cuqaani kəndində torpaq sahələrinə, bağ-bostana, üzüm bağına, buğda və taxıl tarlalarına ziyan vurdu.
Gürcüstanın Birinci Kanalına Siğnaği munisipalitetinin meri, Qoqi Qoqilaşvilinin bəyan etdiyinə görə, ziyanın miqdarı barəsində Meriyada məlumatlari yoxdur, lakin müvafiq xidmətin əməkdaşları ziyan dəymiş kəndə gedəcəklər və durumu yerində öyrənəcəklər.