Dnipro dəmir yolu vağzalına rus dronunun hücumu nəticəsində 13 nəfər həlak olub, 10 nəfər isə yaralanıb
Ukraynanın Dnipro şəhərində dəmir yolu vağzalına rus dronunun hücumu nəticəsində 13 nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Dnipropetrovsk Vilayətinin Hərbi Administrasiyasında, dronun dəmir yolu vağzalının Dnipro–Zaporojie istiqamətində hərəkət edən qatarın dayandığı platformalardan birinə düşdüyünü bəyan ediblər.
Hücum haqqında məlumatı Dnipronun meri Boris Filatov da təsdiqləyib.
Məlumat üçün bildirək ki, 2026-cı ildə Rusiya Ukraynanın dəmir yolu infrastrukturuna hücumlarını intensivləşdirib. Ukrayna Dəmir Yolları Dövlət Şirkətinin məlumatına əsasən, ilin əvvəlindən bəri 1700 obyekt hücumların hədəfi olub. 120 sərnişin vaqonu, 304 lokomotiv və 43 dəmir yolu vağzalı zərər görüb.
Bu dövrdə xidməti vəzifəsini yerinə yetirərkən dəmir yolunun 50 əməkdaşı həlak olub.
Tez-tez baş verən hücumlar səbəbindən Ukrayna hakimiyyəti təhlükəsizlik tədbirlərini sərtləşdirib. Hava həyəcanı zamanı sərnişinlər qatarlardan təxliyə olunur, bəzən bir səyahət ərzində bu hall bir neçə dəfə təkrar olunur.
Təhlükəsizlik tədbirləri səbəbindən qatarların hərəkətində ciddi gecikmələr yaranır. Məsələn, Dnipro–Odessa istiqamətində qatarlar 5 saatdan 12 saatadək gecikmə ilə mənzil başına çata bilərlər.