Dnepropetrovsk vilayətində Rusiya tərəfindən kamikadze dronlarla hücum nəticəsində doqquz nəfər həlak olub, 30 nəfər isə yaralanıb

10:52, 23.04.2025

 

Dnepropetrovsk vilayətində Rusiya tərəfindən kamikadze dronlarla hücum nəticəsində doqquz nəfər həlak olub, 30 nəfər isə yaralanıb. Bu barədə məlumatı vilayətin qubernatoru Serqei Lisak yayır.

Qubernator bildirib ki, Marqanets şəhərində müəssisənin işçilərini daşıyan avtobus hücumun hədəfi olub.

“Yaralıların sayı durmadan artır. İndiki məlumata əsasən, onların sayı 30-a çatır” – Lisak yazır.

Serqei Lisakın bəyanatına əsasən, ruslar pilotsuz uçuş aparatları ilə Nikopol rayonuna da zərbə endiriblər, lakin hücumlar tələfatla nəticələnməyib.

Oxşar