Dmitro Kuleba - Ukraynanı irəlidə taktiki məğlubiyyət və strateji qələbə gözləyir
Ukraynanın sabiq xarici işlər naziri Dmitro Kuleba Ukraynanı irəlidə taktiki məğlubiyyət və strateji qələbə gözlədiyini bildirir.
Ukrayna mediasının məlumatına əsasən, Kuleba bu haqda Ukraynanın bərpası ilə bağlı forumda danışıb.
Sabiq nazir hesab edir ki, Ukrayna reallıqla barışmaqda çətinlik çəkəcək və vətəndaşları ağır dövr gözləyir, elə bir dövr ki, onların acı həqiqəti qəbul etmələri lazım olacaq.
“Bu həqiqəti etiraf etdiyimiz zaman bizim üçün son dərəcə ağrılı olacaq. Gələcək qura biləcəyik, çünki bu həqiqəti etiraf edənə qədər normal gələcək qurmaq imkanımız olmayacaq. Reallığı etiraf etməkdən imtina etmək bizi geridə qoyacaq” – Kuleba deyib.