Dmitro Kuleba "Shell" neft şirkətinə müraciət edir - sizin üçün rus neftindən Ukrayna qanı iyi gəlmirmi?
Ukrayna Xarici İşlər naziri, Dmitro Kuleba “Shell” neft şirkətinə müraciət edir – sizin üçün rus neftindən Ukrayna qanı iyi gəlmirmi? Bu bəyanatı Ukraynalı diplomat “tvitter” sosial şəbəkəsində mediada “Shell” neft şirkətinin rus neftini rekord endirimlə aldığı barəsində məlumatın yayılmasından sonra dərc etdirdi.
“Mənə deyirlər ki, “Shell” dünən gizli rus nefiti satın aldı. “Shell” şirkətinə bir sualım var: sizin üçün rus neftindən Ukrayna qanı iyi gəlmirmi? Dünyada bütün müdrik insanlara müraciət edirəm, transmilli şirkətlərdən tələb etsinlər, Rusiya ilə bütün növ işgüzar əlaqələrini dayandırsınlar”, – Kuleba yazır.