Dmitro Kuleba - NATO müttəfiqləri Ukraynanın Alyansa qoşulma yolunda MAP-ın ləğvi ilə bağlı konsensus əldə ediblər
Dmitro Kuleba - NATO müttəfiqləri Ukraynanın Alyansa qoşulma yolunda MAP-ın ləğvi ilə bağlı konsensus əldə ediblər

 

NATO-ya üzv ölkələr müzakirələr nəticəsində Ukrayna halında Üzvlük Fəaliyyət Planının (MAP) ötürülməsi mərhələsinin ləğv edilməsi ilə bağlı razılaşıblar-bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba açıqlayıb.

“İntensiv müzakirələr nəticəsində NATO müttəfiqləri Ukraynanın alyansa qoşulması yolunda Üzvlük Fəaliyyət Planının ləğvi ilə bağlı konsensus əldə ediblər” -deyə Kuleba “Twitter”də yazır.

Nazirin açıqladığı kimi, bu qərar Ukraynanın NATO-ya gedən yolunu qısaldacaq. “Bu, Ukraynanın alyansa dəvətinə aydınlıq gətirmək üçün yaxşı məqamdır” -deyə Dmitro Kuleba açıqlayıb.

Bundan bir az əvvəl vitse baş nazir Olqa Stepanişina NATO-nun şərq cinahının bütün ölkələri və bəzi qərb ölkələrinin Ukraynanın alyansa indi qoşulmasının tərəfdarı olduğunu açıqlayıb.