Dmitro Kuleba - Merkelin Buxarestdə etdiyi səhvi təkrarlamayın, 2008-ci ildə alyansın səhvi Putinin Gürcüstanı işğal etməsinə, sonra isə, Krımın aneksiyasına yol açdı
Dmitro Kuleba - Merkelin Buxarestdə etdiyi səhvi təkrarlamayın, 2008-ci ildə alyansın səhvi Putinin Gürcüstanı işğal etməsinə, sonra isə, Krımın aneksiyasına yol açdı

Ukraynanın Xarici İşlər naziri, Dmitri Kuleba deyir ki, 2008-ci ildə Buxarest sammiti zamanı alyansın buraxdığı səhv Vladimir Putinin 2008-ci ildə Gürcüstanı işğal etməsinə, sonra isə, Krımın aneksiyasına yol açdı.

“Ukrayna 2014-cü ildə artıq NATO-nun üzvü olsaydı, Krımın aneksiyası, Donbassda müharibə və Ukraynanın bütün arazisinə müdaxilə olmazdı”, – Kuleba bəyan etdi və Almaniya hökumətini Angela Merkelin kanslerliyi dövründə Ukraynanın NATO-ya daxil olmasına maneçilik törədən səhvi təkrarlamamağa çağırdı.

“Kansler Merkelin 2008-ci ildə Buxarestdə Ukraynanın NATO-ya üzvlüyü istiqamətində irəliləyişinə şiddətlə qarşı çıxanda etdiyi səhvi təkrarlamayın”, – Kuleba qeyd etdi.

Ukraynanın Xarici İşlər naziri bəyane dir ki, müharibənin davam etdiyi zamanda Ukraynanın NATO-ya üzvlüyünü gözləmir.

“Lakin müharibədən sonra Ukraynın aliyansa qəbul etməməsi Avropa üçün intihar olacaq”, – Kuleba deyir.