Dmitri Peskovun sözlərinə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun Moskvaya səfəri xüsusi xidmət orqanları arasında əlaqələrlə bağlıdır
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya səfərinin səbəbini açıqlayıb. Bu barədə “The Washington Post” məlumat yayıb.
Dmitri Peskovun sözlərinə görə, Retkliffin səfəri “xüsusi xidmət orqanları arasında əlaqələrlə” bağlıdır.
Bundan əvvəl CIA rəhbərinin Moskvada olduğu məlum olub. Media kəşfiyyat rəhbərinin kimlə və hansı məsələlərlə bağlı görüş keçirəcəyini dəqiqləşdirməyib.
“Axios” yazıb ki, Retkliffin səfərindən əvvəl ABŞ Ukraynaya yüksək səviyyəli nümayəndə heyətinin Moskvaya yola düşdüyünü bildirib və Kiyevdən Rusiyaya hücumları müvəqqəti dayandırmağı xahiş edib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru sonuncu dəfə Rusiyaya şəxsən 2021-ci ilin noyabrında səfər edib.