Dmitri Peskov — Yaxın Şərqdəki konflikt qlobal enerji bazarlarına zərər vurur
Dmitri Peskov — Yaxın Şərqdəki konflikt qlobal enerji bazarlarına zərər vurur

Yaxın Şərqdəki konflikt qlobal enerji bazarlarına zərər vurur, – bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə müharibənin eskalasiyası “son dərəcə destabilizasiyaedici” təsir göstərib.

Neft qiymətlərinin artması ilə bağlı sualı cavablandıran Peskov deyib ki, konfliktin genişlənməsi və enerji bazarlarının qeyri-sabit vəziyyəti bütün dünya, o cümlədən Rusiya tərəfindən hiss olunub.

Qeyd edək ki, Rusiya iqtisadiyyatı enerji istehlakından əldə olunan gəlirlərə əsaslanır və neft qiymətlərinin artması ilə artıq milyardlarla dollar qazanıb.