Dmitri Peskov – Yaxın Şərqdə vəziyyətin eskalasiyası fonunda Moskva Tehrandan yardım, o cümlədən silah tədarükü ilə bağlı müraciət almayıb
Dmitri Peskov – Yaxın Şərqdə vəziyyətin eskalasiyası fonunda Moskva Tehrandan yardım, o cümlədən silah tədarükü ilə bağlı müraciət almayıb

Yaxın Şərqdə vəziyyətin eskalasiyası fonunda Moskva Tehrandan yardım, o cümlədən silah tədarükü ilə bağlı müraciət almayıb, – bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu halda İran tərəfindən heç bir müraciət olmayıb. Bizim ardıcıl mövqeyimiz hamıya yaxşı məlumdur. Burada heç bir dəyişiklik baş verməyib”, – deyə Peskov Rusiyanın İrana hər hansı yardım, məsələn, silah tədarükü planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala cavab olaraq qeyd edib.