Dmitri Peskov - Vladimir Putin və Aleksandr Lukaşenko Abxaziyanın Minsk tərəfindən tanınması məsələsini müzakirə etməyiblər
Dmitri Peskov - Vladimir Putin və Aleksandr Lukaşenko Abxaziyanın Minsk tərəfindən tanınması məsələsini müzakirə etməyiblər

Vladimir Putin və Aleksandr Lukaşenko Abxaziyanın Minsk tərəfindən tanınması məsələsini müzakirə etməyiblər. Rusiyanın “Ria Novosti” agentliyinin məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi, Dmitri Peskov bəyan etdi.

Peskov həmçinin qeyd etdi ki, qeyd olunan kontekstdə Krımın tanınmasından da söhbət getməyib.

“Bu, tamamilə daxili məsələdir, Belarusun suveren hüququdur və biz gözləyirik ki, Belaruslu yoldaşlarımız müstəqil şəkildə və onlar üçün uyğun vaxtda müvafiq qərar qəbul edəcəklər”, – Peskov bəyan etdi.

Xatırladırıq ki, dünən Belarus prezidenti Aleksandr Lukaşenko işğal olunmuş Abxaziyaya gəldi. Bundan əvvəl, sentyabrın 26-da o, Soçidə Vladimir Putinlə danışıqlar apardı.