Dmitri Peskov – Ukraynanın demilitarizasiya vəzifədi faktiki olaraq başa çatıb
Ukraynanın demilitarizasiya vəzifəsi faktiki olaraq başa çatıb, – bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etdi.
Peskovun sözlərinə görə, Kiyev öz silahlarından getdikcə daha az istifadə edir.
“Putinin dünən dediyi kimi, vəzifələrdən biri Ukraynanın demilitarizasiyası idi. Bu vəzifənin əksər hissəsi faktiki olaraq yerinə yetirilib. Ukrayna öz silahlarından getdikcə daha az istifadə edir və daha çox Qərbin tədarük etdiyi silah sistemlərindən istifadə edir”, – Peskov qeyd etdi.
Ona qədər, Rusiya prezidenti Vladimir Putin Ukraynanın tezliklə öz hərbi texnikasının tükənəcəyini və Qərbdən tamamilə asılı olacağını, bunun isə uzunmüddətli perspektivdə döyüş qabiliyyətini məhdudlaşdıracağını bildirmişdi.