Dmitri Peskov: Rusiya, Ukrayna və ABŞ-ın iştirakı ilə planlaşdırılan üçtərəfli sülh danışıqları tərəflərin heç birinə hərbi əməliyyatları davam etdirmək baxımından məhdudiyyət qoymur

16:53, 26.10.2026

Rusiya, Ukrayna və ABŞ-ın iştirakı ilə keçirilməsi planlaşdırılan üçtərəfli sülh danışıqları tərəflərin heç birinə hərbi əməliyyatları davam etdirmək baxımından məhdudiyyət qoymur. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynanın Voronej vilayətinə hücumu ilə bağlı suala cavabında bildirib.

Onun sözlərinə görə, üçtərəfli danışıqların bir neçə həftə ərzində Əbu-Dabidə və ya İsveçrədə keçirilməsi ehtimalına baxmayaraq, Rusiya və Ukrayna bir-birinə zərbələr endirməyə davam edir.

“Üçtərəfli danışıqların bərpası ilə bağlı qəbul edilmiş qərar hərbi əməliyyatların aparılmasına heç bir məhdudiyyət qoymur. Bildiyiniz kimi, silahlı qüvvələrimiz “xüsusi hərbi əməliyyatı” davam etdirir, Ukraynanın hərbi-sənaye kompleksinə, eləcə də hərbi və hərbi fəaliyyətlə əlaqəli obyektlərə genişmiqyaslı və sistematik zərbələr endirir. Kiyev rejimi də öz növbəsində müvafiq fəaliyyətini davam etdirir”, – deyə Peskov qeyd edib.

Oxşar