Dmitri Peskov - Rusiya nümayəndə heyəti İstanbulda olacaq və Ukrayna tərəfini gözləyəcək
Rusiya nümayəndə heyəti 15 may tarixində İstanbulda Ukrayna tərəfini gözləyəcək – bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Jurnalist Peskova Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatları barədə sual verib, hansı ki, Zelenski Rusiya Prezidenti ilə görüşmək istədiyini bildirib.
“Biz yalnız Rusiya Prezidenti Vladimir Putinin bəyanatlarını əsas götürürük. O, cümə axşamı İstanbulda nümayəndə heyətlərinin görüş keçirməsini təklif edib. Bizim nümayəndə heyətimiz orada olacaq və Ukrayna tərəfini gözləyəcək,” – deyə Peskov bildirib.
Peskov həmçinin əlavə edib ki, Rusiya nümayəndə heyətinin tərkibi yalnız Prezidentdən müvafiq göstəriş alındıqdan sonra açıqlanacaq.