Dmitri Peskov – Putin və Paşinyanın referendum məsələsini müzakirə etmək imkanı olacaq

16:12, 07.09.2026

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan referendum məsələsini müzakirə etmək imkanı əldə edəcəklər. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Dövlət başçıları hazırkı ikitərəfli münasibətlərimizin əsas mövzusunu bütün aspektləri ilə bir daha müzakirə etmək imkanı əldə edəcəklər. Söhbət, nəhayət, inkişaf istiqamətinin seçilməsindən, Ermənistanın hansı istiqamətə yönəlməsindən və bununla bağlı referendumun keçirilməsindən gedir”, – deyə Peskov bildirib.

Kremlin sözçüsünün iddiasına görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri yaxın zamanda baş tutacaq. Səfərin dəqiq tarixləri isə diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Oxşar